Xəstəxanada dəhşətli mənzərə… – Kütləvi məzarlıqda dəfn olunacaqlar

İsrailin Qəzzaya hücumları nəticəsində Şifa xəstəxanasında dünyasını dəyişən 100 nəfər ərazidə qazılacaq kütləvi məzarlığa basdırılacaq.

Gununsesi.info xəbər verir ki, İsrailin blokada altındakı Qəzzada minlərlə yaralı və köçkün mülki vətəndaşın sığındığı ən böyük sağlamlıq müəssisəsi olan Şifa xəstəxanasına hücumları səbəbiylə ölən və burada dəfn oluna bilməyən fələstinlilərin kütləvi məzarlıqda dəfn ediləcəyi bildirilib.

Qətər mərkəzli “əl-Cəzirə” televiziyasına verdiyi açıqlamada Qəzza Səhiyyə Nazirliyinin baş direktoru deyib ki, “Şifa xəstəxanasının ətrafı 3 gündür davamlı olaraq bombalanır. İsrail qüvvələrinin qurudan xəstəxanaya daxil olması üçün demək olar ki, hər dəqiqə şiddətli bombardman edilir”.

İsrailin hücumlarının təcili yardım maşınlarının Şifa xəstəxanasına girib-çıxmasının qarşısını aldığını və xəstəxananın blokadaya alındığını qeyd edilib.  “Biz səhər xəstəxanada kütləvi məzar qazmağı və 100 nəfərin cəsədini burada basdırmağı planlaşdırırıq”, – deyə bildirilib.

Gununsesi.info