Rusiya Kiyevə “İsgəndər”lə hücum etdi

Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.
Gununsesi.info  UNİAN-a istinadən xəbər verir ki, 52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumu olub.
Qeyd olunur ki, Ukrayna raket şəhərə yaxınlaşarkən Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Tələfat və dağıntı yoxdur.
Gununsesi.info