Prezident Mir Şahini ordenlə təltif etdi

Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

O, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

 

Qeyd edək ki, M.Ağayev 1963-cü ildə Yardımlı rayonunda anadan olub. Sabah onun 60 illik yubileyidir.

 

 

Gununsesi.info