Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.

 

Gununsesi.info -nun məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.

 

Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.

 

Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.

 

 

Gununsesi.info