Vyetnamın Vitse-prezidenti Azərbaycana gəlib

  • Müəllif: Orxan
  • 14 Oktyabr 2026 13:56

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın Vitse-prezidentini Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.