Azərbaycan nümayəndə heyəti İrana gedəcək

“Azərbaycanın nümayəndə heyəti yaxın vaxtlarda İrana səfər edəcək”.

 

Gununsesi.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında deyib.

 

“İki ölkə arasında müzakirələr çərçivəsində Azərbaycandan səlahiyyətli şəxslərin Tehrana səfəri planlaşdırılır, lakin dəqiq tarixi bilmirəm. Ölkələr arasında danışıqlar və məsləhətləşmələr davam edir. Bu danışıqlarda regiondakı son hadisələrlə yanaşı, İrandakı Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması da müzakirə olunur”, – o qeyd edib.

 

Gununsesi.info