Venesuela ordusu 16 nəfərin öldüyü şaxtadan 384 nəfəri təxliyə edib

  • By ilhame
  • 24 Fevral 2024 22:59

Venesuela Milli Bolivar Silahlı Qüvvələri Bolivar ştatında qanunsuz “Bulua Loka” mədənində olan 384 nəfəri təxliyə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələrinin əməliyyat-strateji komandanlığının rəhbəri Dominqo Hernandes Lares “X”də yazıb.

 

Qeyd olunub ki, eni 100 m, dərinliyi 30 m olan açıq şaxtada torpağın çökməsi nəticəsində 16 nəfər həlak olub. Xəsarət alan 16 mədən işçisi xəstəxanalara çatdırılıb.

Gununsesi.info