Trampın sözləri böyük rezonans doğurdu: Sentaordan NATO AÇIQLAMASI

ABŞ-ın respublikaçı senatoru J.D.Vens avropalı müttəfiqlərini əmin edib ki, hətta Donald Trampın prezidentliyə mümkün qayıdışı halında belə, onlar ABŞ-ın dəstəyinə arxalana bilərlər.

Gununsesi.info xəbər verir ki, o, bunu bir gün əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində deyib.

“Əgər Avropa həqiqətən də Rusiya prezidenti Vladimir Putinin “ekzistensial təhlükə” olduğuna inanırsa, o zaman liderlər lAlmaniya kimi iqtisadi addımlar atmağa cəhd etməlidir”, – deyə senator bildirib.

Xatırladaq ki, Donald Tramp seçkiqabağı tədbirdə müttəfiqlərini NATO-nun kollektiv təhlükəsizliyinə töhfələrini artırmağa məcbur etmək üçün Rusiyanı onlara qarşı təcavüzə “sövq etmək”lə necə hədələdiyini söyləmişdi.

Onun sözləri Alyansın müttəfiqləri arasında böyük rezonans doğurdu.

NATO baş katibi Trampdan çəkindirmə sistemini pozmamağı xahiş edib.

Gununsesi.info