
Britaniya ordusu cənubdakı Plimut liman şəhərində aşkar edilmiş İkinci Dünya Müharibəsi zamanı partlamamış bombanı zərərsizləşdirilməsi üçün təhlükəsiz şəkildə dənizə atıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, polis 1940-cı ilin iyulunda Alman bombardmançıları tərəfindən hədəf alınan Plimutda bir evin bağçasında 500 kiloqramlıq bombanın tapıldığını açıqlayıb.
Evin ətrafındakı təhlükəsizlik kordonu götürülüb və təxliyə edilən sakinlərin evlərinə qayıtmasına icazə verilib.
Yerli KİV-in məlumatına görə, əməliyyatlar çərçivəsində əvvəllər Keyham və Devonport əyalətlərinin 10 min sakini təxliyə edilib.
Bomba atılan ərazinin ətrafında 300 metr uzunluğunda kordon yaradılıb. Partlamamış bomba şəhərin küçələri ilə 2,3 kilometr məsafəyə aparılıb. Qatarların və avtobusların hərəkəti dayandırılıb.
Bunun İkinci Dünya Müharibəsindən qalma partlamamış alman bombasının çıxarılması üzrə ən böyük əməliyyatlardan biri olduğu bildirilir.
Gununsesi.info