Kəmaləddin Heydərova yeni müavin təyin edildi

  • By ilhame
  • 25 Fevral 2024 11:21

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.

 

Gununsesi.info xəbər verir ki, bu vəzifəyə general-mayor Adil Abdullayev gətirilib.

 

Məlumat FHN-dən saytımıza təsdiq edilib.

 

Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Gununsesi.info