Vasif Talıbov barəsində daha bir qərar veriləcək

Vasif Talıbov 27 ildir ki, Azərbaycan parlamentinin deputatıdır. O, 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Bu müddət ərzində o, heç 27 dəfə parlamentin iclaslarında iştirak etməyib.

Gununsesi.info  xəbər verir ki, bunu Tns.az saytının baş redaktoru Tural Səfərov Globalinfo.az-a açıqlamasında deyib.

HTML tutorial

“Milli Məclisin daxili nizamnaməsinə görə, bir il müddətində parlamentin ard-arda 15 iclasında iştirak etməyən deputat barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır. 2020-ci ilin fevral ayında keçirilən seçkilərdən sonra Milli Məclisin yalnız ilk iclasında iştirak edib. Bu müddət ərzində parlamentin yüzdən çox iclası keçirilib. Buna görə də onun orada qalmağa nə qanuni, nə də mənəvi haqqı var”, – Səfərov bildirib.

Gununsesi.info