Kilian Mbappe PSJ-dən getməyəcəyini açıqlayıb

Kilian Mbappe PSJ-dən getməyəcəyini açıqlayıb

PSJ-nin hücumçusu Kilian Mbappe komandasını dəyişməyəcək.

Gununsesi.org xəbər verir ki, bunu ulduz futbolçu özü açıqlayıb.

21 yaşlı forvard bildirib ki, növbəti mövsümü də Paris klubunun heyətində keçirəcək: “Klubumla müqavilə müddətim 2022-ci ilə qədərdir. 50-ci ilin qeyd olunduğu bu xüsusi mövsümdə PSJ-nin formasını geyinəcəyəm”.

Qeyd edək ki, Kilian Mbappenin transferində maraqlı olan “Real” da onun keçidindən vaz keçib.

 

 

Gununsesi.org

COMMENTS