Konqoda üç ABŞ vətəndaşı edam edilib

Konqo hakimiyyəti dövlət çevrilişinə cəhddə ittiham olunan 3 ABŞ vətəndaşını ölüm cəzasına məhkum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.

Hökuməti devirməyə cəhdin bu ilin may ayında baş verdiyi iddia edilir. Daha sonra silahlı şəxslər, o cümlədən amerikalılar prezidentin ofisini ələ keçirdilər.

Məhkəmə həmçinin dövlət çevrilişinə cəhdin iştirakçılarını terrorizm, cinayət sui-qəsdi və digər cinayətlərdə ittiham edib.

Ümumilikdə Böyük Britaniya, Kanada və Belçika vətəndaşları da daxil olmaqla 37 nəfərə ölüm hökmü çıxarılıb.

Bundan əvvəl Ağ Ev bildirib ki, Fələstinin radikal HƏMAS qruplaşması girovları edam etməklə hədələyir.

Eyni zamanda, rəsmi ABŞ və tərəfdaşlarının hələ də mübadilə sövdələşməsini davam etdirmək niyyətində olduğunu vurğulayıb.

 

 

Gununsesi.info