ABŞ-da koronavirus qurbanlarının sayı durmadan artır

ABŞ-da koronavirus qurbanlarının sayı durmadan artır

ABŞ-da son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 1530 nəfər vəfat edib.

Gununsesi.org xəbər verir ki, ABŞ-da indiyədək koronavirusdan ölənlərin sayı 93 594 nəfərə çatıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Gununsesi.org

COMMENTS