Ukraynada 1147 sağlamlıq mərkəzinə hücum olunub

Ümumdünya Səhiyyə Təşkilatı Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana Ukraynada 1147 səhiyyə ocaqlarına hücum edildiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu hücumlar nəticəsində 104 nəfərin ölüb, 151 nəfər isə yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus öz sosial hesabındakı paylaşımında Ukraynanın Konstantinivka şəhərinə çoxlu olan hücumdan kədərləndiyini bildirib:

“Ürəyim hücumdan təsirlənən insanların yanındadır.Bu, ÜST-nin indiyədək hər hansı humanitar fövqəladə hallar zamanı qeydə aldığı hücumların ən yüksək sayıdır. Sağlamlığa və mülki şəxslərə hücumlar heç bir yerdə qəbuledilməzdir və dayandırılmalıdır”.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info