Belarusun tanınmış müxalifət liderinin bacısı Maria Kolesnikovadan yazdı

  • By arzu
  • 08 Sentyabr 2023 09:17

Belarusun tanınmış müxalif adamlarından olan Maria Kolesnikovanın maskalı adamlar tərəfindən qaçırılmıasından 3 il ötrü.

Gununsesi.info Kolesnikovanın bacısının sosial mediadakı paylaşımına istinadən Tatyana Xomiçin paylaşımını sizə təqdim edir

“Maşasız 3 il və onunla təmassız 7 ay” başlıqlı yazısında Xomiç bacısının yolunu gözlədiyini bildirir.

“Bu sətirləri yazmaq mənim üçün çətindir. Sevgili bacım üçün darıxıram. Sağlamlığından narahatlıq keçirirəm, zamanın bu rəqəmlərinin fərqinə varmaq kədərləndirir məni”, -deyə Kolesnikovanın bacısı Xomiç yazıb.

Tatyana Xomiç bacısı Marianın hər gün zindanlarda əlindən gələni etdiyini xəyal etdiyini yazır.

“Ehtimal ki, kübarlığına davam edir. Dedi-qoduya “pozuntu və cəzaya” məktubun çatmamasına gülümsəyir. Eyni kübarlıqla, israrla, eyni ciddiyyət və gülümsəmə ilə yazışmalarının geri verilməsini tələb edir. Axtarır, etirazlar edir. Özünə yaxşı baxır, ola bildiyi qədər düzgün və gözəl görünməyə çalışır. Kamerada yalnız olsanız da. Maşa hər gün bu şərtlər altında haqları və azadlıqları üçün savaşmağa davam edir. Əminəm ki, “Hər şeyi dəyişdirə bilərəm” onun həyat prinsiplərindən biri olmağa davam edir”.

Xomiç bu sözlərin (“Hər şeyi dəyişdirə bilərəm”) bütün Belarus toplumu üçün əks-səda doğurduğunu vurğulayır.

“Əminəm ki, Maşa belarusluların gücünə, cəsarətinə, hər birimizin bu çəətin zamanlarda belə bir-biriməzə yardım etmə və dəstəkləmə istəyinə inanır”, – deyə Belarusun tanınmış müxalif adamlarından olan Maria Kolesnikovanın Taytana Xomiç yazır.

 

Tərcümə: Arzu

Gununsesi.info