Son sutka ərzində Qəzzada daha 172 nəfər ölüb

  • By ilhame
  • 18 Yanvar 2024 19:21

Son sutka ərzində İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 172 nəfər ölüb, daha 326 insan yaralanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla da HƏMAS-İsrail müharibəsi nəticəsində Qəzza zolağında ölənlərin sayı 24 620-yə çatıb.

 

Yaralananların sayı isə 61 830-dur.

 

Gununsesi.info