Türkiyədən nəhəng əməliyyat: Fransaya 767 min tibbi maska keçirərkən yaxalandılar

Türkiyədən nəhəng əməliyyat: Fransaya 767 min tibbi maska keçirərkən yaxalandılar

Türkiyənin Yunanıstanla sərhəd ərazisində qanunsuz yolla xaricə tibbi maska, dezinfaksiyaedici vasitə keçirilənlər saxlanılıb.

Gununsesi.org xəbər verir ki, Türkiyənin İpsala sərhəd keçid məntəqəsində ağır tonnajlı yük avtomobilində 767 min tıbbi maska, 12 min antibakterial yaş salfet, 4080 əl dezinfeksiyaedici məhlul aşkarlanıb.

Araşdırma nəticəsində məlum olub ki, bu məhsulları qaçaq yolla Fransaya keçirmək istəyiblər.

Gununsesi.org

COMMENTS