Kanada koronavirusdan ölənlərin sayının 22 000-ə çatacağını təxmin edir

Kanada koronavirusdan ölənlərin sayının 22 000-ə çatacağını təxmin edir

Səhiyyə səlahiyyətliləri cümə axşam koronavirusun yayılması nəticəsində Kanadada pandemiyanın sona çatana qədər ölənlərin sayının 22 minə çata biləcəyini, bir milyon iş yerinin itirildiyini bildirib.

Rəsmilər çox ehtimal edilən iki ssenarini açıqlayıb – ölənlərin sayının 11 minlə 22 min arasında, yoluxanların ümumi sayının isə 934 minlə 1 milyonla 900 min arasında olacağını təxmin edir.

Rəsmiləq brifinqdə aprelin 16-dək 500-dən 700 nəfərə qədər insanın öləcəyinin gözləndiyini bildirib. İndiyədək ölkədə 435 ölüm, 18 447 yoluxma halı qeydə alınıb.

Kanadanın yerli hökumətləri koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün zəruri olmayan müəssisələrin bağlanmasına göstəriş verib ki, bu da milyonlarla insanın işsiz qalması deməkdir.

Ölkədə mart ayında bir milyon insan işini itirdikdən sonra işsizlik nisbəti 7,8 faiz olub və bu rəqəm getdkcə artır.

Hökumət məlumatına görə, martın 15-dən bəri 5 milyondan çox kanadalı təcili işsizlik yardımı üçün müraciət edib.

Xəbər amerikaninsesi.org saytında dərc edilib.

Gununsesi.org

COMMENTS