Türkiyədə zəlzələ oldu

Türkiyədə yeraltı təkanlar qeyd alınıb.

Gununsesi.info “Haber 7″yə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Nazirliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla 01:16 radələrində Kadirli rayonunun Şabağlı kəndində 3.1 bal gücündə zəlzələ olub.

Yerin 7 kilometr dərinliyində qeydə alınan təkanlar osmaniyə Osmaniya şəhər mərkəzi ilə ətraf rayonlarda da hiss olunub.

Qısamüddətli çaxnaşmaya səbəb olan zəlzələ nəticəsində həyat və əmlak itkisi olmayıb.

Gununsesi.info