
ABŞ nüvə razılaşmasının yenidən başlanması barədə razılıq əldə olunana qədər avans olaraq İrana qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.
“Biz heç bir sanksiyaları götürməyəcəyik. Biz avans ödəməyəcəyik və bunu aydın şəkildə başa salmışıq. Vaşinqton əvvəlki kimi diplomatik metodlara yatırım edir, amma danışıqlar işləməsə, başqa mümkün variantlar nəzərdən keçiriləcək”, – nümayəndə bildirib.
Gununsesi.info