“Facebook” nasazlığın səbəbini açıqladı və bu məlumatı  TƏKZİB ETDİ

“Sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Facebook” şirkətinin məlumatında deyilir.

“Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər”, – şirkətdən bildirilib.

Həmçinin qeyd edilib ki, bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur.

Xatırladaq ki, ötən gün “Facebook”, “İnstagram” və “WhatsApp” 6 saatdan çox işləməyib.

Gununsesi.info