Saakaşvili Gürcüstana necə gəlib?

  • By admin
  • 03 Oktyabr 2021 18:56

Gürcüstanın hüquq-mühafizə orqanları hələ də keçmiş prezident Mixail Saakaşvilinin ölkəyə necə gəldiyindən məlumatlı deyil.

Gununsesi.info  xəbər verir ki, bu barədə Saakaşvilinin vəkillərindən biri Dmitri Sadzaqlişvili deyib.

“Saakaşvilinin Gürcüstanın gəlməsinə dair hər hansı informasiya yoxdur. Bizə verilən sənədlərə görə, hüquq-mühafizə orqanları Saakaşvilinin Gürcüstana hansı yolla gəldiyini bilmir”, – deyə vəkil bildirib.