İtalyan futbolçu beyin xərçəngindən dünyasını dəyişdi

İtaliyanın “Regina” futbol klubunu keçmiş qapıçısı Daniel Leon 28 yaşında beyin xərçəngindən dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Сorriere Della Sera” məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı idmançı 2014 -cü ildən xəstəliklə mübarizə aparır.

Qeyd edilib ki, Leon bir neçə əməliyyat keçirib, ancaq həyatını xilas etmək mümkün olmayıb.

Qolkiper “Regina”dan başqa İtaliyanın “Pontedera”, “Torres”, “Reggiana” və “Catanzaro” klublarında da oynayıb.

Gununsesi.info