
Gürcüstanda müxalif “Girçi” partiyasının nümayəndəsi İrakli Kveladze, Qızılhacılı kəndində döyülüb. O, ciddi xəsarətlər alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Avropalı Gürcüstan” partiyasının mer namizədi Əhməd İmamquliyev açıqlama verib.
O, bildirib ki, 83-saylı seçki məntəqəsində “Gürcü arzusu”nun 30 nəfər nümayəndəsi, Kveladzeyə fiziki təzyiq göstəriblər.
İmamquliyev, Kveladzenin təcili yardım qrupu tərəfindən başından aldığı xəsarətlərlə xəstəxanaya aparıldığını bildirib.
Gununsesi.info