İranda 5,6 bal gücündə zəlzələ baş verdi

İranın mərkəzi hissəsində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Yeraltı təkanların episentri Şexre-Kord şəhərindən 106 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info