
Türkiyədə cinayətkar təşkilatın başçısı yaxalanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ayhan Bora Kaplan ölkə çölünə külli miqdarda pul qaçırmaq istəyərkən Ankaradakı Esenboğa Hava Limanında həbs edilib.
Təhlükəsizlik işçiləri mülki geyimdə əllərində avtomat onun avtomobil karvanını əylədiblər.
Daha sonra onu yerə yıxaraq qollarını qandallayıblar.
Təşkilat lideri nəzarət altına alınıb. Məhkəmənin qarşısına çıxarılacaq.
Tərcümə: Arzu