
Azərbaycan Xalq Cəbhəsi Partiyası yenidən dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, təxminən bir ay əvvəl Ədliyyə Nazirliyi partiyanın təqdim etdiyi üzv siyahısındakı qüsurları əsas gətirərək partiyanın qeydiyyatını imtina etmişdir.
AXCP-dən Gununsesi.info-ya verilən məlumata görə, üzvlərin siyahısı yenidən dəqiqləşdirilib, qüsurlar aradan qaldırılıb və yeni siyahı bir neçə gün əvvəl təkrarən Ədliyyə Nazirliyinə təqdim olunmuşdur.
Nazirliyin İdarə rəisi İlqar Məmmədovun imzası ilə AXCP-nin yenidən dövlət qeydiyyatına alınması barədə məktub yazılıb.
Xatırladaq ki, bəzi ekspertlər hakimiyyətə qarşı radikal mövqedə dayanan AXCP-nin qeydiyyata alınmayacağını bildirirdi. Son zamanlar isə bir sıra beynəlxalq təşkilatlar hökuməti yeni qanuna görə tənqid edib.
Gununsesi.info