
“Apple” şirkətinin birja dəyərini 200 milyard dollar itirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunun səbəbi Çində məmurların “iPhone” işlətməsinə yasaq gətirilməsi olub.
“Apple” şirkətinin üçüncü böyük bazarı olan Çin dövriyyəsinin 18%-ni təşkil edir.
Üstəlik, şirkət məhsullarının bir qismi də Çində emal edilir.
Amerikanın “Amerikan Wall Street Journal” dərgisi Çində “iPhone” telefonlarını ofislərə gətirməmələri və iş üçün “iPhone” işlətməmələri üçün hökumətin təlimat verdiyini yazır.
Qərarın hökumət işçilərini əhatə edəcəyi bildiirlir. Çin hökumətindən mövzu ilə bağlı açıqlama verilməyib.
Dünyanın ən dəyərli şirkəti olan “APPLE” üçün 2,8 trilyon dollar dəyər verilir.
Tərcümə: Arzu