Rusiya qoşunları Belarusiyadan çıxarılıb

“Belarusda 2100-ə yaxın rusiyalı hərbçi qalıb və regional qüvvələr qrupunun bütün aviasiyası ölkədən çıxarılıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Belarusski Qayun” məlumat verib.

Məlumata əsasən monitorinq qrupu Rusiya hərbçilərini ölkədən çıxarıb və bu proses avqustun 5-də başa çatıb.

Təyyarələrin və helikopterlərin əksəriyyəti 2023-cü ilin yanvar ayının əvvəlindən Belarusiyadadır və aviasiya qrupunun çıxarılması RGV-nin aviasiya komponentinin artıq mövcud olmaması deməkdir.

Bildirilir ki, iyul-avqust aylarında Belarusiyadakı Rusiya hərbçilərinin sayında xeyli azalma olub.

Obuz-Lesnovski, Lepelski və Osipoviçski poliqonlarındakı rus səhra düşərgələri ləğv edilib və oradakı hərbi qulluqçular Rusiyaya geri qayıdıblar.

Qeyd edək ki, Rusiya hərbi qulluqçularının kiçik bir kontingenti Belarusiyanın bəzi yerlərində, o cümlədən Mozır (Bokov kimi də tanınır) və Zyabrovka aerodromlarında, həmçinin Baranoviç radiotexniki mərkəzi və 43-cü “Vileyka” rabitə mərkəzində qalıb. “.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info