
Kahramanmaraşda jandarma tərəfindən həyata keçirilən əməliyyatda 1300 il yaşı olduğu təxmin edilən dəri üzərində yazılmış Tövrat ələ keçirilib.
Gununsesi.info xəbər verir ki, aparılan əməliyyat zamanı ünvanları müəyyən edilən 2 şübhəli yaxalanıb.
Saxlanılan F.K. və S.A.A dindirilmək üçün polis bölməsinə aparılıb.
Tarixi Tövrat mühafizə altına alınıb.
İstintaq davam edir.
Gununsesi.info