YAP-çı deputat bəyan etdi: “Zəngəzur dəhlizi açılacaq!”

Milli Məclisin YAP-da olan deputatı Siyavuş Novruzov Zəngəzur dəhlizinin 2024-cü ildə açılacağını bildirib. 

Gununsesi.info  xəbər verir ki, deputat bu barədə “Künc-Bucaq” internet kanalında yayımlanan “VIII GÜN” verilişinə verdiyi müsahibə zamanı danışıb.

“Güman edirəm ki, Zəngəzur dəhlizi bu il açılacaq. Dünyada baş verən hadisələr özün buna aparır. Ermənistanın sadəcə İran və Gürcüstan vasitəsi ilə dünyaya çıxışı var. Bu baxımdan hesab edirəm ki, Ermənistan qısa müddətdə bu məsələnin həll olunmasına çalışacaq”- deyə o qeyd edib.

Siyavuş Novruzov Zəngəzur dəhlizinə Ermənistanın daha çox ehtiyacı olduğunu deyib.

Ətraflı video-süjetdə: