
İslam aləminin müqəddəs şəhəri Məkkə yaxınlığındakı Sevr dağına çıxan Ümrə ziyarətçilərini ildırım vurub.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sevr dağına ildırım düşüb, ümrə ziyarətinə gedən 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Sosial mediada paylaşılan görüntülərdə Sevr dağına qalxdıqdan sonra yerdə uzanan 4 nəfərin ildırım vurması nəticəsində həyatını itirdiyi görünür.
Sevr mağarası İslam peyğəmbəri Hz.Məhəmməd (s) və dostu Hz.Əbu Bəkrin (r.a) Məkkədən Mədinəyə hicrət edərkən sığındığı yer kimi tanınır. Bu hadisə İslam tarixində əlamətdar hadisə və İslam hicri təqviminin başlanğıcını qeyd edir.
Gununsesi.info