
Xarkovda bu gün yanvarın 23-də raket hücumları nəticəsində həlak olanlar üçün matəm günü elan edilib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Xarkov şəhərinin meri İqor Terekov məlumat verib.
“Yanvarın 23-də raket hücumları, genişmiqyaslı müharibənin bütün dövrü ərzində qurbanların sayı baxımından Xarkovda ən böyük faciələrdən birinə səbəb oldu. Bununla əlaqədar bu gün şəhərdə matəm günü elan edilib”, – Terekhov Telegram-da yazıb.
Yanvarın 23-də bir gün ərzində Xarkov üç dəfə atəşə tutulub, nəticədə 6-sı uşaq olmaqla 10 nəfər həlak olub, 60 nəfər yaralanıb.
Gununsesi.info