
İndoneziyanın Əl-Ula məscidində sübh namazı zamanı imam infarkt keçirib və səcdədə dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, imamın vəfatından sonra camaatdan bir nəfər imamlıq etməyə davam edib.
Məscidin imamı Andi Syamsul Bahri yanvarın 2-də İndoneziyanın Şərqi Kalimantan bölgəsindəki Balikpapan şəhərində Əl-Ula məscidində səhər namazı zamanı infarkt keçirib. Bəhri səcdədə dünyasını dəyişib.
İmamın infarkt keçirdiyi anlar təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.
Gununsesi.info