
Türkiyə Böyük Millət Məclisində (TBMM) gərginlik yaşanıb.
Gununsesi.info xəbər verir ki, parlamentin iclasında Türkiyə Ordusunun 12 şəhid verməsi müzakirə olunub.
Xalqların Bərabərliyi və Demokrtatiyası Partiyasının (DEM) sədri, Ağrı millət vəkili Sırrı Sakık TBMM-dəki çıxışında “Müharibənin bədəlini kasıbların övladları çəkir” deməsi ilə keçmiş daxili işlər naziri Süleyman Soylu arasında gərginlik yaşanıb.
“Keçmişdən bu günə qədər, 40 illik müddət içərisində bir millət vəkilinin övladları və yaxınları ölmüşmü? Əsla. Ölmür. Amma savaşın bədəlini yoxsul Anadolu cocuqları yaşayır”, – deyə Sırrı Sakık bildirib.
Sakık “Mən sizi ürəkdən vəzifəyə dəvət edirəm. Bu torpaqlarda sülhün inşa olunmasını istəyirəm” dediyi sırada Süleyman Soylu ilə aralarında qısa müddətli mübahisə yaşanıb.
Süleyman Soylu ona bu cavabı verib: “Nə vəzifəyə dəvət edirsən? Savaş dövlətlər arasında olur. Kimsəni vəzifəyə dəvət etmə, sən PKK-ya söz söylə. Sənin kim olduğunu bilirəm”.
Gununsesi.info