“Belqraddakı iğtişaşların arxasında onlar dayanır” – Zaxarova

Belqraddakı iğtişaşların arxasında kollektiv Qərb dayanır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya mətbuatına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Kollektiv Qərbin “Maydan çevrilişləri” üsullarından istifadə edərək ölkədə vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır”, – Zaxarova deyib.

Onun sözlərinə görə, “vəziyyətə yeganə mümkün reaksiya konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən serb xalqının seçiminə hörmət etməkdir”.

Serbiyada kütləvi nümayişlər dekabrın 18-i axşam saatlarında başlayıb. Dekabrın 17-də keçirilən seçkilərin nəticələri ilə razılaşmayan müxalifət Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayıb və bu gün də davam edir.

Gununsesi.info