
Yəməndə husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə qarşı artan hücumlarına qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılmış çoxmillətli koalisiyaya indiyədək 20 ölkə dəstək verərkən, İspaniya Müdafiə Nazirliyinin sözçüsü İspaniyanın bu koalisiyaya qoşulmayacağını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, mətbuat katibi koalisiyaya qoşulmamaq üçün heç bir səbəb göstərməyib.
İspaniyada koalisiyaya qatılmama qərarının baş nazir Pedro Sançesin iqtidara gəlmək üçün koalisiya qurma prosesində olduğu və solçu Sumarın dəstəyinə ehtiyacı olduğu səbəbiylə daxili siyasətdən qaynaqlandığı düşünülür. O, ABŞ-ın xarici siyasətinə qarşıdır.
Husilərin verdiyi açıqlamada İspaniyanın qərarının müsbət qarşılandığı ifadə edilərək, “İspaniyanın dəniz naviqasiyası ilə bağlı ABŞ və İngiltərə yalanlarına çəkilməkdən imtina etməsini təqdir edirik” ifadələri işlədilib.
Digər tərəfdən, daha əvvəl İspaniyanın da Rifah Mühafizəçisi adlı çoxmillətli təhlükəsizlik təşəbbüsündə iştirak etdiyi açıqlanmışdı.
Gununsesi.info