Türkiyə özəl təyinatlı hərbçiləri Suriyanın şimalında 9 terrorçunu zərərsizləşdirdi

  • By arzu
  • 07 Dekabr 2020 12:59

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimal-şərqində doqquz PKK-YPG terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata deyilir ki, terrorçular “Sülh çeşməsi” əməliyyatı keçirilən ərazilərə hücum etməyə cəhd göstərsələr də, aşkar edilərək zərərsizləşdiriliblər.

Onların olduğu istiqamətə artilleriya zərbəsinin endirildiyi qeyd olunur.

Gununsesi.org