
Uruqvayın keçmiş prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində keçmiş dövlət başçısının üzvü olduğu “Geniş Cəbhə” siyasi koalisiyası yazıb.
“Fəxri Prezidentimiz Tabare Veskesinin vəfatını dərin hüznlə deyirik”.
“Geniş Cəbhə” nin verdiyi məlumata görə, pandemiya səbəbindən keçmiş prezidentlə vida və dəfn mərasimi ailə dairəsində keçiriləcək.
Vaskesin ailəsinin sözlərinə görə, onun ölüm səbəbi “onkoloji xəstəlik” olub.
Gununsesi.info