
Türkiyə kürdlərinin hazırda həbsdə olan lideri Selahettin Demirtaş “”Millet İttifakı”nın lideri Kamal Kılıcdaroğluna dəstəyini ifadə edib.
Gununsesi.info-nun xəbərinə görə, həbsdə olan HDP lideri, “Cənab Prezident” deyərək Kılıcdaroğlunu dəstəklədiyini bəyan edib.
O, özünün Twitter hesabında yazıb: “Türkiyənin 13-cü prezidenti cənab Kılıcdaroğlu Allah yolunu açıq etsin.
Dəmirtaş, həmçinin əlavə edib: “Ayrılığa son qoyacağınıza, ictimai sülhü təmin edəcəyinə, Türkiyəyə firavanlıq və sülh gətirəcəyinizə ürəkdən inanıram”.
Qeyd edək ki, Türkiyə seçkilərində kürd seçicilərinin səsi siyasi qüvvələr üçün böyük önəm kəsb edir.
Belə ki, 20 milyona yaxın kürdün yaşadığı Türkiyədə kürdlərin səsi seçkilərin taleyini həll edəcək səviyyədədir.
Tərcümə:
Mais