
Türkiyədə Bursa şəhərinin İznik gölündə 2 min illik yaşı olan sikkə tapılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sahildə gəzən bir ailə göldən tarixi sikkələr tapıb.
Suların çəkilməsi ilə quruyan göldən tapılan antik əşyaların 2 min illik tarixi var.
Dəmir pulların üzərində Həzrəti İsa fiqurlu qabarıq yazılar qeyd edilib.
Sikkələri analiz edən muzey işçiləri pulun IX əsrə aid olduğunu, digərlərinin isə Hellenistik dönəmlərdə basıldığını bildiriblər.
Tərcümə: Arzu Sayadoğlu