
Türkiyədə seçkinin nəticələri və futbol üzrə Super Liqa çempionluğu ilə bağlı astroloq Rezzan Kiraz maraqlı proqnoz verib.
“Beşikdaş”-“Fənərbağça” qarşılaşmasından sonra Kiraza aid olduğu iddia edilən sözlər sosial medianı çalxalayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Kommunist Partiyasından (TKP) millət vəkili namizədi olan İlyas Salman onun sözlərini paylaşaraq bunları yazıb:
“Fənərbağça” və “Beşikdaş”ın eyni anda qazandığı bir ssenari mümkünsüzdür. Ya seçkini Kılıçdaroğlu, futbol liqini “Qalatasaray”, ya da seçkini Tayyib Ərdoğan, liqi isə “Fənərbaça alacaq.