Trampın zorram işi üzrə məhkəməsi başlayıb - Keçmiş prezident saxtakarlıqda ittiham olunur

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2016-cı ildə porno ulduz Stormi Danielsə etdiyi 130 min dollar ödənişi ört-basdır etmək üçün qeydləri saxtalaşdırmaqda ittiham olunduğu iş üzrə dinləmələr başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ilk iclasda prokuror ittiham aktını müdafiə edib.

Trampın vəkili isə onu müdafiə edərək, heç bir cinayət törətmədiyini və seçkiyə təsir etmək cəhdinin qanunsuz olmadığını bildirib.

Vəkil iclas boyu çıxışında Donald Trampı “təqsirsizlik pərdəsinə bürünmüş” kimi xarakterizə edib.

Keçmiş prezident əsl adı Stefani Klifford olan Stormi Daniels ilə cinsi əlaqədə olduğunu 34 faktda saxtalaşdıran rekordları rədd edib.

Prokuror Metyu Kolanjelo iddia edib ki, Trampın keçmiş vəkili və o vaxtkı sağ əli Maykl Koen, Tramp konqlomeratının baş maliyyə direktoru Allen Weisselberg ilə birlikdə Trampın göstərişi ilə qeydləri saxtalaşdırıblar.

Eyni zamanda iddia edilir ki, Koen Danielsə ödəməsini gizlətmək üçün hesab-fakturaları, çekləri və mühasibat qeydləri saxtalaşdırıb.

Prokurorun sözlərinə görə, Tramp bu susqun pul ödənişini seçicilərin Trampın Daniels ilə münasibəti barədə öyrənməməsi üçün edib.

Belə ki, ödənişin seçkiyə müdaxilə kimi qiymətləndirilməsi və bunun ikinci cinayət olduğu da vurğulanıb.

Prokurorlar həmçinin bildirib ki, 2016-cı il seçkilərindən bir neçə həftə əvvəl ortaya çıxan və Trampın məşhur olduğu üçün istədiyi qadınla yata biləcəyini dediyi videonun mediada yayılması Donald Trampın seçki kampaniyası rəhbərliyində çaxnaşma yaradıb.

“Müttəhim və onun təşviqat komandası bunun onun reputasiyasına, xüsusən də qadın seçicilər arasında geri dönməz şəkildə xələl gətirəcəyindən narahat idi.Daniels bir gün sonra ortaya çıxıb Trampla cinsi əlaqədə olduğunu söyləyəndə videonun yaratdığı problem daha da böyüdü”, -deyə prokuror Kolanjelo vurğulayıb.

Trampın müdafiə komandası ittiham tərəfinin əsas şahidi Maykl Koenə hücum edərək bu iddiaları təkzib etməyə çalışıb.

Hüquqşünaslar Koeni “Trampla kin bəsləyən etibarsız keçmiş işçi” adalandırıb.

Vəkil Blans seçkiyə təsir etmək cəhdi ittihamlarına belə cavab verib: “Seçkilərə təsir etməyə çalışmağın heç bir problemi yoxdur. Buna demokratiya deyilir”.

Qeyd edək ki, məhkəmənin daha altı həftə davam edəcəyi gözlənilir.

 

 

Şəbnəm

Gununsesi.info