
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev bazar ertəsi, aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.
Gununsesi.info bildirir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan lideri Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.
“Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, həmçinin aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır”, – məlumatda bildirilir.
Mina
Gununsesi.info