Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 227 milyon dolları ötüb

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 227 milyon dolları ötüb

2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 227 milyon ABŞ dollarını ötüb ki, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.

Gununsesi.org xəbər verir ki, bu barədə “Azərtac”-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana Belarusdan idxal 206,2 milyon dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 21,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2018-ci il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.\

 

Gununsesi.org

COMMENTS