2020-ci ildə ABŞ Ukraynaya hərbi və iqtisadi yardım kimi 1 milyard dollardan çox vəsait ayıracaq.
Gununsesi.org AZƏRTAC-a istinadla xəbər verir ki, bu məlumatı Ukraynanın ABŞ-dakı səfiri Vladimir Yelçenko brifinqdə açıqlayıb.
Səfir deyib: “2020-ci ildə Ukraynaya iqtisadi yardım kimi Pentaqon tərəfindən 250 milyon dollar, ABŞ Dövlət Departamenti xətti ilə daha 450 milyon dollara yaxın vəsait ayrılması nəzərdə tutulub. ABŞ-dan Ukraynaya göstəriləcək ümumi yardımın həcmi 698 milyon dollar, xalis hərbi yardım 365 milyon dollar olacaq”.
Diplomat bu məsələyə aydınlıq gətirərək bildirib ki, 250milyon dollar artıq ayrılıb. Müəyyən şərtlərə riayət edilərsə, məbləğin birinci hissəsi istifadə ediləndən sonra daha 50 milyon dollar ayrılacaq. Bundan əlavə, əvvəlki illərdən qalmış, hələ istifadə edilməmiş 50 milyon dollara yaxın vəsait var.
Səfir bildirib ki, Ukrayna Müdafiə Nazirliyi ilə Pentaqon arasında ikitərəfli məsləhətləşmələrdə müəyyən edilmiş əsas prioritet Ukrayna donanmasını gücləndirməkdir. Onun sözlərinə görə, 2019-cu ildə ABŞ Ukraynaya “İsland” tipli iki sürətli kater verib, 2020-ci ildə isə daha üç kater verilməsi nəzərdə tutulur.
COMMENTS