İranda avtobus aşdı, 7 nəfər can verdi

İranda avtobus aşdı, 7 nəfər can verdi

İranda Məşhəd-Bəndər Abbas marşrutu üzrə hərəkət edən avtobus Kirman vilayətinin Bərdsir şəhərində yoldan çıxaraq aşıb. Nəticədə, yeddi nəfər həyatını itirib. Onlardan beşi qadın, ikisi kişidir.

Gununsesi.org xəbər verir ki, bu barədə ISNA Kirman hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Polkovnik Əli Əkbər Nasiri bununla bağlı agentliyə açıqlamasında bildirib ki, qəza yerli vaxtla səhər saat 08:30-da baş verib.

Onun sözlərinə görə, daha 31 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qəzaya ilkin səbəb kimi sürət həddi və əlverişsiz hava şəraiti ilə əlaqədar yolların sürüşkən olması göstərilib.

Gununsesi.org

COMMENTS