ABŞ Prezidenti Donald Trampı Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) aparan Air Force One təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra texniki səbəblərə görə kursunu dəyişərək Vaşinqtona qayıdıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, geri dönməyə səbəb təyyarədə yaranan “kiçik elektrik problemi” olub.
Bildirilib ki, təyyarə ehtiyat tədbiri olaraq Birgə Baza Andrews aerodromuna enib.
Müxbirlərin məlumatına əsasən, havaya qalxdıqdan az sonra təyyarənin pres bölməsində işıqlar müvəqqəti olaraq sönüb. Hadisə zamanı heç bir xəsarət və ya fövqəladə vəziyyət qeydə alınmayıb.
Rəsmilər Trampın Davos səfərini başqa bir təyyarə ilə davam etdirəcəyini açıqlayıblar.
Qeyd edək ki, Air Force One donanmasında istifadə olunan mövcud təyyarələrin yaşı təxminən 40 ilə yaxındır. Donanmanın modernləşdirilməsi prosesi isə Boeing şirkətinin gecikmələri səbəbindən uzanır.
Firuzə













