“Qaytarılma prosesi davam edə bilər” -HƏRBİ ESKPERT

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abraham Ermənistana təhvil verilib.

Nikol Paşinyan bildirib ki, “Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır”.

Gununsesi.info bildirir ki, hərbi ekspert Ədalət Verdiyev məsələyə belə münasibət bildirib:

“Azərbaycanin indiyə qədər Ermənistana etdiyi bütün təkliflər qəbul edilib. Bu müsbət ənənə bundan sonra da davam edəcək.

Yaşlı və ya rəhbər olmayan cinayətkarların qaytarılması qalıb dövlətimuzin qəbul etdiyi qərardır. Qarşılığı da mütləq vardır. Amma bəzən elə məsələlər olur ki, onu açıqlanması məsləhət deyil.

Bu qərarlar qarşılıqlı razılaşma əsasında qəbul edilir və fərdlərin emosional reaksiyaları ilə uzlaşdırılması vacib deyil.

Qaytarılma prosesi davam edə bilər, amma bu qətiyyən xunta rəhbərlərinə aid edilməyəcək.

Bizi qalıb xalqa çevirən dövlətimizə və onun qərarlarına hörmətlə yanaşmalıyıq. Dövlət qərarları 10-20 illik perspektivləri nəzərə almaqla qəbul edilir. Hər şey daha yaxşı olacaq”.

 

 

Şəbnəm

Gununsesi.info